Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub

Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
  04 Mart 2021    Oxunub:1036
Martın 3-də ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, dövlətlərimiz arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin böyük Qələbəsini vurğulayıb, torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğunu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətlərini, ərazilərimizin büsbütün viran edildiyini diqqətə çatdırıb.

Azərbaycan nümayəndəsi AŞ Ekspertlər Komitəsinin rəhbərliyinə seçilib
Bununla bağlı dünya ictimaiyyətinin obyektiv və dolğun məlumatlandırılması üzrə görülən tədbirlərdən bəhs olunaraq, Azərbaycan həqiqətlərinin yapon mediasında işıqlandırılması məmnunluqla qeyd olunub.

Səfir Yaponiyanın 30 il ərzində Azərbaycanla dostluq münasibətlərinin dərinləşdiyini, siyasi, iqtisadi, hökumətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkəsinin regionda sülhün bərqərar olması, müharibənin dinc yolla həlli ilə bağlı mövqeyini ifadə edib, O, müharibə zamanı həlak olanlarla bağlı başsağlığı verib, azad edilmiş ərazilərimizin bərpasında ölkəmizə hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, dövlət başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarından danışılaraq bu sahədə Yaponiya Hökumətinin dəstəyi qeyd olunub. Həmçinin Azərbaycanda hakimlərin Avropada örnək kimi dəyərləndirilən şəffaf seçiminə maraq göstərilib, hakimliyə namizədlərlə yenicə test imtahanının keçirildiyi bildirilib.

Söhbət zamanı BMT-nin beş ildən bir təşkil olunan Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresinin bu ərəfədə Yaponiyanın Kyoto şəhərində keçiriləcəyi, ədliyyə nazirinin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin bu mötəbər forumda iştirakı ilə bağlı məsələlərə toxunulub.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Azvision.az


Teqlər: ƏdliyyəNazirliyi  





Xəbər lenti