Əmək Məcəlləsinə dəyişiklik edilir
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Məlahət İbrahimqızı, Jalə Əliyeva, Səttar Möhbalıyev, Aqil Məmmədov, Vüqar İskəndərov, Sevinc Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildiriblər ki, bu mühüm yenilik real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi mexanizmini yaratmaqla qeyri-rəsmi məşğulluğun azalmasına hesablanıb. Vurğulanıb ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər böyük işçi kütləsinin əmək hüquqlarını möhkəmləndirəcək, sosial müdafiəsini gücləndirəcək və onların rifahının yüksəlməsinə xidmət edəcək.
Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Rauf Əliyev, Arzu Nağıyev, Əziz Ələkbərli, Vüqar Bayramov, Rəşad Mahmudov, Razi Nurullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Azvision.az
Teqlər: Milli-Məclis