İKT ilə bağlı qanunvericilik təkmilləşdirilir
Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, innovativ fəaliyyətin dəstəklənməsi iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Müasir dövrdə dünyada iqtisadi inkişaf “biliklərə əsaslanan iqtisadiyyat” mərhələsinə keçib və yaxın illərdə üstünlük innovativ potensialdan effektiv istifadə etməyi bacaran ölkələrdə olacaqdır.
Tahir Mirkişili əlavə edib ki, İKT ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzərində iş gedir, bu sahədə problemlər öyrənilir, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır , qanun layihələri təhlil edilir, xarici ölkələrin təcrübəsi öyrənilir. Görüşdə çıxış edən İqtisadi siyasət komitənin üzvləri Əli Məsimli və Elnur Allahverdiyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
Daha sonra görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi və qanunvericilik sahəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə AZİNNEX arasında əməkdaşlığın qurulması qərara alınıb.
Azvision.az
Teqlər: MM Görüş İnnovasiya İxrac