“Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq” - Çavuşoğlu

“Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq” -  Çavuşoğlu
  03 Mart 2021    Oxunub:2610
Azərbaycanın təklif etdiyi 3+3 platformasının məqsədi regionda sülh və sabitliyin davamlı olması, enerji, ticarət, logistika layihələri ilə bağlı güvənli addımlar atmaqdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın XİN başçısı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

"Əvvəldə də söylədiyim kimi, Gürcüstanın 3+3 formatında əməkdaşlıqla bağlı təmkinli yanaşmasını anlaya bilirik. Amma xüsusilə ərazi bütövlüyü ilə bağlı dialoq ikili müstəvidə çətin ola bilər, çoxtərəfli dialoqu başlamaq isə bir qədər asan ola bilər. Son olaraq bizim Gürcüstanın bu məsələdə qərarlarına hörmət etməyimiz gərəkir. 3+3 formatı və digər mexanizmlər üçün daha çevik münasibət sərgiməyimiz lazmdır", - Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti