Perm şəhərində Xocalıya ədalət tələb edilib

Perm şəhərində Xocalıya ədalət tələb edilib
  02 Mart 2021    Oxunub:2056
Azərbaycan diasporunun təşkilatçılığı ilə Perm şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, şəhərin "Siti star" mədəniyyət mərkəzində baş turan tədbirdə Azərbaycan diasporunun üzvləri, müxtəlif icmaların nümayəndələri və üzərində "Biz ədalət tələb edirik" şüarı yazılan köynəklər geyinmiş tələbələr iştirak ediblər.

Xocalıdakı kütləvi məzarlıqda aşkarlanmış insan qalıqlarının sayı 18-ə çatıb
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edən Perm vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən dəhşətli soyqırımı aktı barədə ətraflı məlumat verib.

Qeyd edib ki, Xocalı faciəsi indiyədək beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətini almayıb. Xocalıya ədalət çağırışı ilə çıxış etmək, 29 il öncə insanlığa sığmayan bu cinayəti törədən müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etmək hər kəsin borcudur.

Daha sonra tədbirdə Xocalı qətliamının canlı şahidlərinin iştirakı ilə çəkilmiş sənədli film nümayiş etdirilib.

Azvision.az


Teqlər: Xocalı   Soyqırım   Tədbir   Anım  





Xəbər lenti