İsrailli həkimlər daha bir qazimizə kömək edib - FOTO

İsrailli həkimlər daha bir qazimizə kömək edib -  FOTO
  02 Mart 2021    Oxunub:2283
İsraildən Azərbaycana gələn həkim heyəti müharibədə yaralanmış daha bir qaziyə - Rauf Qasımova kömək göstərib.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

“Müharibədə bir gözümdən yaralandım. "YAŞAT" Fondu mənə müraciət etdi ki, İsraildən göz xəstəlikləri üzrə ixtisaslaşmış həkimlər gələcək və məni müayinə edəcəklər. Zərifə Əliyeva adına xəstəxanaya gələndən sonra həkimlər məni müayinə etdilər və plastik göz qoymağı məsləhət bildilər. Mən də razılaşdım. Hazırda plastik gözlə adi göz arasında heç bir fərq yoxdur. Əvvəl gözüm formasını itirmişdi, indi hər şey qaydasındadır. Hətta daha yaxşıdır”, - Rauf Qasımov bildirib.



Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü̈, İsrailin Azərbaycandakı Səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazi   Həkim  





Xəbər lenti