“Qalmaqallı məmurların YAP-dan uzaqlaşdırılması gözlənilir” - Şahlar Əsgərov
Məsələ ilə bağlı Azvision.az –a açıqlama verən YAP-ın Siyasi Şurasının üzvü Şahlar Əsgərov deyib ki, növbəti qurultaydan sonra partiyada yeniliklərin olacağı gözləniləndir.
Həmçinin Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən, Qarabağda zəfər qazandıqdan sonra partiyada bir daha gəncləşmə proseslərinə ehtiyac duyuldu. O mənada ki, 44 günlük Vətən müharibəsində iştirak edən xeyli sayda aktiv gənclərimiz oldu. Bu gənclər sırasında müharibədə uğurla döyüşüb, dövlətimizin medal və ordenlərini almış ictimai fəallar da az deyil. Həmin gənclərin partiya rəhbərliyində təmsil olunması mənim üçün arzuolunan haldır.
Bundan başqa, hazırda Qarabağa qayıdış proqramı prioritet məsələdir. Burada cəmiyyətin aktiv hissəsinin prosesdə hərəkətverici qüvvəyə çevrilməsini arzu edərdim. Artıq dövr, zaman dəyişib, yeni tələblər ortaya çıxıb. Yeni dövrün ictimai-siyasi, iqtisadi problemlərini dərindən bilən insanların partiyanın rəhbər orqanlarında təmsil olunmasını arzu edirəm”, - deyə Şahlar Əsgərov vurğulayıb.
Tural Tağıyev
Azvision.az