“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” - Prezident (VİDEO)

  27 Fevral 2021    Oxunub : 2578
   “Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” -    Prezident  (VİDEO)
“Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır”.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Prezident bildirib ki, yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var: “Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər və təbii ki, digər amillər var, iqtisadi inkişaf və sair. Amma, əgər bu amillər yoxdursa, heç bir dondurulmuş münaqişənin həlli mümkün deyil”.



Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev