Azərbaycanda 258 minə yaxın vətəndaş peyvənd olunub

 Azərbaycanda 258 minə yaxın vətəndaş peyvənd olunub
  27 Fevral 2021    Oxunub:2832
Fevralın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23 min 939 nəfər vaksinasiya olunub.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 min 723 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Azərbaycanın bütün rayonlarında uğurla davam etdirilir.

Azvision.az


Teqlər: Vaksinasiya  





Xəbər lenti