Baş nazirdən sərəncam: 10 alt işçi qrupu yaradıldı

      Baş nazirdən sərəncam:    10 alt işçi qrupu yaradıldı
  27 Fevral 2021    Oxunub:1005
Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumatda qeyd edilib ki, sənədə əsasən “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti