Elxan İbrahimov vəzifəsindən azad edilib? - RƏSMİ

  26 Fevral 2021    Oxunub : 3211
 Elxan İbrahimov vəzifəsindən azad edilib? -   RƏSMİ
Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.
Müdafiə Nazirliyindən məsələ ilə bağlı Azvision.az -a bildirilib ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi