Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib

Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
  26 Fevral 2021    Oxunub:1843
Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə Danimarkanın Baş naziri Mette Frederiksenə, xarici işlər naziri Jeppe Kofoda, Danimarka Parlamentinin sədri Henrik Dam Kristensenə ünvanlanan bəyanatda ölkə rəhbərliyinin diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyilə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırıma cəlb edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, sənəddə beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olan bu dəhşətli soyqırımın arxasında Ermənistanın siyasi rəhbərliyinin dayandığı bildirilib.

Cəmiyyət beynəlxalq qanun normalarına və konvensiyalara istinadla dünya birliyini və Danimarka parlamentini Xocalıda baş verən kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırıb.

Bundan başqa, "Vətən" cəmiyyətinin üzvləri Kopenhagenin mərkəzi "Radhusplads" meydanında aksiya keçirərək, yerli sakinlərə və turistlərə Xocalı soyqırımı ilə bağlı məlumatların əks olunduğu bukletlər paylayıblar.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti