“Azərbaycana bütün imkanlarla dəstəyimiz davam edəcək” - Hulusi Akar
"Bunun ən gözəl nümunəsi Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından qurtarmaq üçün başlatdığı "bir vətən" əməliyyatına verdiyimiz güclü dəstəyimizdir. Hazırda razılaşmalara uyğun olaraq ortaq mərkəzlə bağlı işlərimiz planlandığı kimi davam edir. “Bir millət, iki dövlət” anlayışı ilə bütün imkanlarımızla kədərdə və xoş gündə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanındayıq.
29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı türk qardaşlarımızın ağrısını bu gün də hiss etməyə davam edirik. Bu qətliamı unutmadıq və unutmayacağıq. Xocalıda şəhid olan bütün soydaşlarımıza bir daha Allahdan rəhmət diləyirik", - Akar əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: HulusiAkar