“Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik” - Bağdad Amreyev

   “Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik” -    Bağdad Amreyev
  26 Fevral 2021    Oxunub:1797
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev məlumat yayıb.
Məlumatda 29 il əvvəl Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda bir gecədə yaşlı, qadın, uşaq və körpələrin də olduğu günahsız insanların qətlə yetirildiyi bildirilib.

Qeyd olunub ki, məlum hadisə zamanı minlərlə insan yaralanıb və girov götürülüb, Xocalı qəsəbəsi tamamilə yox edilib:

“Bütün dünyanın da şahid olduğu kimi, ədalət öz yerini tutdu və qardaş Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi uğrunda qanuni mübarizəsi zəfərlə nəticələndi. Bu zəfər bütün türk dünyası üçün bir qürur və sevinc qaynağına çevrilib. Şübhəsiz ki, Xocalının acı dolu xatirəsi ilk günkü kimi azərbaycanlı qardaşlarımızın qəlbində yaşayır. Bu vəsilə ilə Türk Şurası olaraq biz də Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqı və dövlətinə baş sağlığı diləyir və türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə durmağa davam edirik”.

Azvision.az


Teqlər: Xocalı   BağdadAmreyev  





Xəbər lenti