Avropa İttifaqından Rusiyaya sanksiya

Avropa İttifaqından Rusiyaya sanksiya
  27 Mart 2013    Oxunub:1331
“Rusiya hökuməti vətəndaşların ictimai həyatda fəal iştirak hüquqlarını tapdalayır”.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya irəli sürəcəyini istisna etmir.Qeyri-hökumət təşkilatlarına nəzarət çərçivəsində Rusiya Prokurorluğu Sankt-Peterburqda Konrad Adenauera Fondunun ofislərində təkrar yoxlamalar aparıb. Hüquqmühafizə orqanlarının əməkdaşları ofislərdəki kompyüterləri müsadirə ediblər. Onlar bunu istifadə olunan proqramın lisenziyasının olub-olmadığın yoxlamaq məqsədilə etdiklərini bildiriblər.

Bu arada fondun rəhbəri, Avropa Parlamentinin keçmiş sədri Hans-Qerd Petterinq dövlət orqanlarının bu addımının olduqca təhlükəli, qərəzli və qəbuledilməz adlandırıb. Onun fikrincə təşkilatın fəaliyyətinə mane olma cəhdi Rusiya ilə əlaqələrə mənfi təsir göstərə bilər.

“ Alman siyasi fondları və Rusiyanın QHT-ləri azadlıq və demokratiyanın inkişafında mühüm rol oynayır. Buna görə də bu təşkilatların işinə mane olmaq Rusiya cəmiyyətinin demokratik inkişafına mane olur ”,-deyə Konrad Adenauera Fondunun rəhbəri bildirib.

Avropa Parlamentində Rusiya-Avropa İttifaqı Əməkdaşlıq Şurasının sədr müavini Verner Şults və Avropa Parlamentində İnsan Hüquqları Komitəsinin sədri Barbara Loxbiler Rusiyada sözügedən təftişlə bağlı birgə bəyanat veriblər. Bəyanatda bildirilir ki, Rusiya hökuməti “vətəndaşların ictimai həyatda fəal iştirak hüquqlarını tapdalayır”.

Verner Şults və Barbara Loxbiler hesab edir ki, yoxlamalara cavab olaraq Avropa İttifaqı Rusiya xidməti pasportuna malik olan şəxslərin Avropa İttifaqı ölkələrinə vizasız səfərinə icazə məsələsinin qeyri-müəyyən müddətə təxirə salmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti