Prezidentdən Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman

  25 Fevral 2021    Oxunub : 1264
Prezidentdən Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman
Prezident İlham Əliyev “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən, adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

İqtisadiyyat Nazirliyi göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev