Türkiyəli həkimlər 3 gündə 150-dən çox qazini müayinə edib - FOTOLAR

   Türkiyəli həkimlər 3 gündə 150-dən çox qazini müayinə edib -    FOTOLAR
  25 Fevral 2021    Oxunub:1819
"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər 3 gün ərzində 150-dən çox qazimizi müayinə ediblər.
Azvision.az xəbər verir ki, ağır yaralı olan qazilərimizin bundan sonra da müalicə və əməliyyatları türkiyəli və yerli həkimlərin birgə rəyi əsasında davam etdiriləcək.

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar.



















Azvision.az


Teqlər: YAŞAT   Fond   Həkim   Türkiyə   Qazi   Yardım  





Xəbər lenti