“Bu zəfər Azərbaycan qədər bizim də zəfərimizdir” - Türkiyə XİN

 “Bu zəfər Azərbaycan qədər bizim də zəfərimizdir” -  Türkiyə XİN
  24 Fevral 2021    Oxunub:1852
"Azərbaycan müstəqilliyini əldə etdikdən dərhal sonra Ermənistanın hücumuna məruz qaldı".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xaric İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr edilən tədbirdə deyib.

"29 il əvvəl Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı anırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ancaq indi türk respublikaları güclüdür. Vətən müharibəsiylə işğal altındakı torpaqları 44 gündə azad edən can Azərbaycan bunu bütün dünyaya göstərdi.

Bu zəfər Azərbaycan qədər bizim də zəfərimizdir. Eyni zamanda bir olduğumuz zaman keçə bilməyəcəyimiz hər hansı əngəllərin olmadığını sübut edir", - deyə Yavuz Selim Kıran vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TürkiyəXİN  





Xəbər lenti