“Naxçıvan dəhlizi türk dünyasını birləşdirəcək” - Səfir

 “Naxçıvan dəhlizi türk dünyasını birləşdirəcək” -  Səfir
  24 Fevral 2021    Oxunub:2508
Naxçıvan dəhlizi ilə ticarətimiz daha da inkişaf edəcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Anadolu” agentliyinə deyib.

Səfir bildirib ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Naxçıvan dəhlizinin açılması ilə ticarət əhəmiyyətli dərəcədə artacaq.

Bu dəhlizin Türkiyəni Azərbaycan və Türk dünyası ilə birləşdirəcəyini deyən X.İbrahim, "burada yaxşı bir iş birliyini düşünürük. Bu dəhliz yalnız Orta Asiyadakı Türk dövlətlərini deyil, eyni zamanda iki böyük regional güc olan Türkiyə və Rusiya üçün çox qısa yol bağlantısıdır. Bu, Rusiya ilə Türkiyə arasındakı ticarətdə çox yüksək səviyyəyə qalxma imkanını təmin edəcək", - deyə əlavə edib.

Diplomat, eyni zamanda türk şirkətlərinin işğaldan azad edilmiş bölgələrdə inşaat layihələrində iştirak edəcəyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xəzərİbrahim  





Xəbər lenti