“Müharibə günlərində iynə vurdurub efirə çıxırdım” - Könül Xasıyeva

  24 Fevral 2021    Oxunub : 1922
 “Müharibə günlərində iynə vurdurub efirə çıxırdım” -  Könül Xasıyeva
“Səhhətimdə hələ də problemlər var, müalicə alıram”.
Bunu Azvision.az -a Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə hazırda Bakıda olduğunu, fizioterapiya qəbul etdiyini bildirib.

“Əllərim, ayaqlarım və üzüm keyiyir. Harasa dəyəndə elə bilirəm ki, məni tok vurur. Hər gün xəstəxanaya gedib, fizioterapiya qəbul edirəm. Yeriməkdə çətinlik çəkirəm, əsadan istifadə edirəm. Həkimlər gicişmənin sinir uclarının soyuqladığına görə baş verdiyini deyirlər. Oğlum Kazım da müalicə alır. Fəsillə bağlı xəstəliyi bəzən kəskinləşir. Müalicələrə xərcim çox çıxır, amma ayın əvvəlindən axırına çatdırıram”.

Muğam ifaçısı səhhətində problem olsa da, efirlərə çıxdığını söyləyib: “Müharibə günlərində iynə vurdurub efirlərə çıxırdım, Vətən mövzusunda mahnılar ifa edirdim. Bu, mənim vətəndaşlıq borcum idi. Hər bir azərbaycanlı kimi mən də sevincimi belə biruzə verirdim”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: KönülXasıyeva   xanəndə