Qarda yıxılan 39 nəfər xəsarət alıb - YENİLƏNİB

  24 Fevral 2021    Oxunub : 6514
Qarda yıxılan 39 nəfər xəsarət alıb -  YENİLƏNİB
Bu gün saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlardan 20 nəfəri kişi, 19 nəfəri qadındır.
Bu barədə Azvision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

***
(15:08)
Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Azvision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

***
(13:40)
Bu gün saat 13:00-a qədər hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, onlardan 10-u kişi, 12-si qadındır. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***
(11:30)

Bakıda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti nəticəsində bu gün saat 11:30-a qədər olan məlumata görə, 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Azvision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.

***
Bakıda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti nəticəsində bu gün saat 10:00-a olan məlumata əsasən, 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Azvision.az -a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Qeyd edilib ki, yaralılardan 1 nəfərə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qar   Təcili-yardım   Yol   Xəsarət