Siyasi partiya nümayəndələrinin vaksinasiyasına başlanıldı - FOTOLAR

  23 Fevral 2021    Oxunub : 2086
 Siyasi partiya nümayəndələrinin vaksinasiyasına başlanıldı -  FOTOLAR
Bu gündən Azərbaycanda siyasi partiya nümayəndələrinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azvision.az xəbər verir ki, vaksinasiya M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir.
Peyvənd olunacaq şəxslər əvvəlcə həkim müayinəsindən keçir, onlara vaksin barədə məlumat verilir. Daha sonra vaksinin I dozası vurulur. II dozanın vurulma tarixi barədə bildirişdə qeyd olunur.

Prosesdə bir çox partiyaların rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər. Onlar peyvəndin koronavirus xəstəliyindən yeganə xilas yolu olduğunu bildirərək, vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə çağırıblar.

Xatırladaq ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Bu günədək 200 mindən çox vətəndaş peyvənd olunub.

Ölkəmizdə Çin istehsalı “Sinovac” vaksini istifadə edilir.













Aytən Zəhra
Azvision.az

Teqlər: Vaksinasiya   Koronavirus