Azərbaycanda 200 mindən çox vətəndaş peyvənd olunub

 Azərbaycanda 200 mindən çox vətəndaş peyvənd olunub
  23 Fevral 2021    Oxunub:2316
Fevral ayının 23-nə olan məlumata əsasən, Azərbaycanda 200 mindən artıq vətəndaş COVID-19 virusuna qarşı peyvənd olunub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi
"Strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik.

Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Unutmayaq ki, bütün dünyaya yayılmış COVID-19 xəstəliyinə qalib gəlmək üçün qısa zamanda kollektiv immunitet qazanılmalıdır. Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkəmizdə yayılan COVID-19 pandemiyasının sönməsinə səbəb olacaq", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Vaksinasiya   Peyvənd  





Xəbər lenti