“Kapital Bank” 7 nominasiyada qalib olub

“Kapital Bank” 7 nominasiyada qalib olub
  23 Fevral 2021    Oxunub:1368
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri müəyyən olunub və "Kapital Bank" 7 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.
"Kapital Bank" 2019-cu il üzrə “Korporativ sosial məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il üzrə isə “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: Kapital-Bank  





Xəbər lenti