“Hamıya peyvənd olunmağı məsləhət görürəm” - 100 yaşlı nənə

“Hamıya peyvənd olunmağı məsləhət görürəm” -  100 yaşlı nənə
  22 Fevral 2021    Oxunub:6067
5 gün əvvəl COVID-19 əleyhinə peyvənd olunan Lənkəran rayonunun Boladi kənd sakini, 100 yaşlı Şananə Əli qızı Mahmudova özünü yaxşı hiss etdiyini deyib.
O, Azvision.az -a açıqlamasında bildirib ki, qızı Dilarə İsrafilova ilə birlikdə Lənkəran rayon xəstəxanasında vaksinasiya olunub.

"İkinci doza peyvəndi 28 gün sonra, yəni martın 15-də vuracaqlar. Heç peyvənd olunduğumuzu hiss etmədik. Hər hansı narahatçılıq olmadı, həyatımız öz axarında davam edir. Özümü yaxşı hiss edirəm, peyvənddən sonra heç bir problem yaşamadım".

100 yaşlı nənə hər kəsi peyvənd olunmağa dəvət edib.

"Hamıya məsələhət bilirəm ki, gedib peyvənd olsunlar. Bununla virusdan canları qurtarsın. Kimlər ki, peyvənd vurdurmamışdı, onlar da peşman oldular. Gördülər ki, mən peyvənd olunandan sonra yaxşıyam, onlar da gedib vaksinasiyadan keçdilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: 100yaş   Peyvənd  





Xəbər lenti