Polisi aldadan şəxs tutuldu

Polisi aldadan şəxs tutuldu
  21 Fevral 2014    Oxunub:783
Polisə yalan məlumat verən Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev müəyyən edilmiş və saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 20-də saat 07 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək “Nizamidə bomba var” deyib dəstəyi asıb.

Yasamal RPİ 26-cı PB və MTN-in Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.


Teqlər:  





Xəbər lenti