İntihar edən qızın şəxsi yazışmaları araşdırılacaq

  20 Fevral 2021    Oxunub : 3448
   İntihar edən qızın şəxsi yazışmaları araşdırılacaq
Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.

Azvision.az

Teqlər: Prokurorluq   İntihar