Sərhəd tanımayan vəhşilik: Düşmənin Füzulidə dağıtdığı məzarlıqdan FOTOREPORTAJ

  Sərhəd tanımayan vəhşilik:  Düşmənin Füzulidə dağıtdığı məzarlıqdan  FOTOREPORTAJ
  16 Fevral 2021    Oxunub:9934
27 illik işğaldan azad olunan Füzulinin əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Erməni vandalları tərəfindən şəhərin mərkəzi və kəndləri darmadağın edilib. Nə bir bina salamat qalıb, nə də tikili. Hər tərəf yerlə-yeksan olunub, doğma yurdumuz xarabalığa çevrilib. Təəssüf ki, erməni faşizmi məzarlıqlardan da yan keçməyib.
Qaniçən düşmən işğal dövründə qəbiristanlıqları dağıdıb, soydaşlarımızın uyuduğu müqəddəs torpağı talayıb, bu azmış kimi mərmərdən hazırlanmış qəbir daşlarını söküb aparıb.

Füzuliyə səfərimiz zamanı məzarlıqlara baş çəkərək oradakı vəziyyətlə tanış olduq. Qarşılaşdığımız mənzərə sadəcə dəhşət saçırdı. Həmvətənlərimizin parçalanmış məzarlarını görmək, ayaqlar altına atılan qəbir daşlarını seyr etmək olduqca ağrılı və kədərlidir. Axı bunu necə etmək olar? Qəbirləri dağıtmaq hansı insanlığa sığır?!

Məzarlıqları talamaqdan çəkinməyən mənfur düşmənin hətta qəbirlərdən insan sümüklərini çıxarması onların rəzil xislətini göstərir. Bu tükürpədici cinayətlər təkcə insanlığa deyil, kainatdakı bütün canlı aləmə qarşı soyqırım aktıdır. Dünyadakı heç bir canlıya xas olmayan vəhşiliklərə imza atan əliqanlı erməni faşistləri 30 ilə yaxın vaxt ərzində məzarlarımızla da düşmənçilik aparıblar.

Təqdim etdiyimiz fotolardan göründüyü kimi erməni vandallığı tarixin heç bir mərhələsində sərhəd tanımayıb.





































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Füzuli   Qəbiristanlıq   Düşmən   Vandalizm  





Xəbər lenti