Abid Şərifov “Sovetski” sakinləri ilə görüşür

Abid Şərifov “Sovetski” sakinləri ilə görüşür
  18 Fevral 2014    Oxunub:1543
Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başlayır.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sakinlərlə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev görüşür.

Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilir.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər.

Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib.


Teqlər:  





Xəbər lenti