Tərtərdə traktor minaya düşdü - Xəsarət alan var

   Tərtərdə traktor minaya düşdü -    Xəsarət alan var
  28 Yanvar 2021    Oxunub:3324
Yanvarın 28-də saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü̈ Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş̧ ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tərtər Rayon Prokurorluğundan Azvision.az-a daxil olan məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Tərtər   Traktor   Mina  





Xəbər lenti