AŞPA-da deputatdan erməni həmkarına etiraz: “Şuşi yox, Şuşa” - (VİDEO)

AŞPA-da deputatdan erməni həmkarına etiraz:   “Şuşi yox, Şuşa” - (VİDEO)
  28 Yanvar 2021    Oxunub:9554
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvünə öz etirazını bildirib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, K.Cəfərov tarixi Azərbaycan şəhəri olan Şuşanın adı ilə bağlı iradını bildirib.



"Mən Edmon Marukyana öz etirazımı bildirirəm. Əvvəla, Şuşi yox, Şuşa. AŞPA prezidenti Rik Daemsin bu assambleyanın şəxsi maraqlar üçün bir alət kimi istifadə edilməməsi fikri ilə həmfikirəm. Mən erməni həmkarlarımdan hər mövzunu siyasiləşdirmələrindən çəkinməyə çağırıram".

Kamal Cəfərov bildirib ki, erməni həmkarlar bunun yerinə etimadın qurulmasına dair tədbirlər görmək barədə fikirləşməlidir.

"Əgər bir ölkənin rəsmi olaraq seçilmiş nümayəndəsi inamın qurulması üçün tədbirlər haqqında fikirləşmirsə, biz regionda adi vətəndaşların sülhpərvər davranışlarını necə gözləyə bilərik? Artıq konflikt başa çatıb və önümüzə baxaraq etimadın yaradılması ilə bağlı tədbirlər görməyin vaxtıdır", - deyə o, çıxışında bildirib.

Azvision.az


Teqlər: KamalCəfərov   AŞPA   Deputat  





Xəbər lenti