Bu tələbin qüvvəyə minmə vaxtı daha 3 il uzadılır

Bu tələbin qüvvəyə minmə vaxtı daha 3 il uzadılır
  27 Yanvar 2021    Oxunub:2395
Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin qüvvəyə minmə müddəti daha 3 il uzadılır.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılır.

Beləliklə tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Azvision.az


Teqlər: Tikinti   Tələb  





Xəbər lenti