Prezident QHT-lərlə bağlı fərman imzaladı

   Prezident QHT-lərlə bağlı fərman imzaladı
  27 Yanvar 2021    Oxunub:2367
Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, fərmanın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilib:

“3.3. qeyri-hökumət təşkilatları tərəfindən qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrinin qeydə alınmaq üçün təqdim edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;”.

Fərmana aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilib:

“3.3-1. qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməsi və bu məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;

3.3-2. qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı;”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti