Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib

Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib
  27 Yanvar 2021    Oxunub:1913
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təşkil edilmiş “Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarında iştirak ediblər.

Seminarda “Media əlaqələri və kommunikasiya strategiyaları”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması”, “Media gündəminin formalaşdırılması”, “Gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaşdırılması”, “Ənənəvi və sosial media ilə iş” mövzularında mühazirələr tədbir iştirakçılarına tədris edilib, bundan əlavə onları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda iştirakçıların ADA Universitetinin tədris mərkəzinə turu təşkil edilib.

Sonda xatirə fotoşəkli çəkdirilib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti