“Hər kəs bilməlidir, torpaqları satan kimdir, əsarətdən qurtaran kimdir” - Prezident

 “Hər kəs bilməlidir, torpaqları satan kimdir, əsarətdən qurtaran kimdir” -  Prezident
  27 Yanvar 2021    Oxunub:6507
Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirib.

Fon der Leyen Prezidentimizi təbrik edib
Sovet dövründə saxta tarixlə üzləşdiyimizi xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim qəhrəmanlarımız düşmən kimi, xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil saxta tarixin nə olduğunu görüb.

“İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti