BMqT nümayəndəliyi 339 miqranta yardım edib

BMqT nümayəndəliyi 339 miqranta yardım edib
  27 Yanvar 2021    Oxunub:2292
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ötən ilin sentyabr-dekabr aylarında 339 nəfər həssas vəziyyətdə olan miqranta ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar çatdırıb.
BMqT-nin Azərbaycan nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, ötən il ərzində nümayəndəliyə müraciət etmiş 208 miqranta birbaşa humanitar yardım, 194 miqranta müvəqqəti mənzil, 68 miqranta ölkəni tərk etmək üçün tələb olunan PCR testi və 8 miqranta sənədləşmə ilə bağlı kömək göstərilib.

Şri-Lankadan olan miqrant Nirmala Priyadarşini COVID-19 testindən keçmələrinə və sənədləşmə məsələlərinin həll olunmasına kömək edən BMqT-nin Azərbaycan nümayəndəliyinin işçilərinin yaxşı əlaqələndirici işi sayəsində ölkədə qalmaq məcburiyyətində olan miqrantların təhlükəsiz şəkildə evlərinə qayıtdıqlarını deyib.



Təcili yardıma ehtiyacı olan nigeriyalı Antoni Okuoma da BMqT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşlarına təşəkkür edib.

Nümayəndəlik, həmçinin 400 nəfər həssas xarici miqranta COVID-19 ilə bağlı əlaqəli fərdi qoruyucu vasitələrin daxil olduğu dəstlər göndərib. Koronavirus haqqında məlumat vərəqələri, dezinfeksiyaedici məhlullar, termometrlər, əlcəklər, maskalar və antibakterial salfetlər olan dəstlər Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Könüllüləri” İctimai Birliyinin üzvləri tərəfindən Bakıda müvəqqəti məskunlaşan və çətin vəziyyətə düşmüş miqrantlara verilib.



Azvision.az


Teqlər: BMqT   Miqrant   Yardım  





Xəbər lenti