Yeni nazir kollektivə təqdim olundu

Yeni nazir kollektivə təqdim olundu
  27 Yanvar 2021    Oxunub:3739
Bu gün Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.
Azvision.az xəbər verir ki, Rəşad Nəbiyevi kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Azvision.az


Teqlər: Nazir   Rəşad-Nəbiyev  





Xəbər lenti