Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilmə vaxtı uzadıldı

Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilmə vaxtı uzadıldı
  27 Yanvar 2021    Oxunub:1923
Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənmə prosesinin vaxtı uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi fevralın 15-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən təmin olunacaq.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti