Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar

   Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar
  27 Yanvar 2021    Oxunub:9921
Dünyaca məşhur fotoqraf Reza Deqati Xurşidbanu Natəvanla bağlı paylaşım edib.

Azvision.az -ın məlumatına görə, fotoqraf “Instagram” səhifəsində bildirib ki, Natəvan 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.
Deqati izləyicilərin diqqətinə çatdırıb ki, Natəvan Qarabağın son xanının varisi olub və ailənin sərvətinin böyük hissəsini humanitar fəaliyyətə sərf edib.

Fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini vurğulayıb: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”.



Azvision.az


Teqlər: Natəvan  





Xəbər lenti