Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

  26 Yanvar 2021    Oxunub : 1604
   Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov yanvarın 29-da saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.
DMX-dən Azvision.az -a verilən məlumata görə, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

Azvision.az


Teqlər: DMX   Rəis   Videoqəbul