Mədəniyyət komitəsi onlayn iclas keçirəcək

Mədəniyyət komitəsi onlayn iclas keçirəcək
  26 Yanvar 2021    Oxunub:1468
Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.Mədəniyyət komitəsində 2020-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat.

2.Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi haqqında.

3.“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4.“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Mədəniyyət-komitəsi   İclas   MM  





Xəbər lenti