İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək

  26 Yanvar 2021    Oxunub : 1289
İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək
Bu il İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin yanvarın 25-də keçirilən müşavirəsində Baş nazir Əli Əsədov bildirib.

Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Baş nazir qeyd edib ki, keçən il start verilmiş lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir.

Azvision.az

Teqlər: Tibbi-Sığorta