“ABŞ sülh quruculuğu prosesinə töhfə verə bilər” - Prezidentin köməkçisi

   “ABŞ sülh quruculuğu prosesinə töhfə verə bilər” -    Prezidentin köməkçisi
  26 Yanvar 2021    Oxunub:3243
ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. Onun sözlərinə görə, ABŞ-ın postkonflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub, bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.

H.Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti