“AzVision” ilə “Sinxua” tərəfdaşlıq Sazişi imzaladılar

  “AzVision” ilə “Sinxua” tərəfdaşlıq Sazişi imzaladılar
  26 Yanvar 2021    Oxunub:7814
Azərbaycanın “AzVision” xəbər və təhlil saytı ilə Çinin “Sinxua” İnformasiya Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə görə, tərəflər rus və ingilis dillərində operativ şəkildə informasiya, foto, həmçinin, videomaterialların mübadiləsini həyata keçirəcəklər.
Sazişi AzVision MMC-nin direktoru Vüsal Məmmədov ilə “Sinxua” Agentliyinin Asiya-Avropa bürosunun rəhbəri Fan Veyqo imzalayıblar.

AzVision.az-ın 8 dildə operativ xəbərlər paylaşdığını deyən Vüsal Məmmədov bildirib ki, Çin ilə Azərbaycanın arasında media sahəsində aktiv əməkdaşlıq günün tələbidir: “Anlaşmamız informasiya mübadiləsinin effektivliyinin artırılmasına, bu isə öz növbəsində, hər iki ölkədə digəri haqqında daha dolğun və ətraflı təsəvvürün yaranmasına səbəb olacaq. Bu tərəfdaşlıq birgə layihələr həyata keçirmək üçün də geniş imkanlar yaradır”.



“Sinxua”nın Asiya-Avropa bürosunun rəhbəri Fan Veyqo isə deyib ki, “Sinxua” hazırda bütün dünyada geniş əməkdaşlıq şəbəkəsi qurmağa çalışır: “Biz Azərbaycana Qafqazdakı vacib məntəqələrdən biri kimi baxırıq. Ümid edirik ki, AzVision ilə əməkdaşlığımız getdikcə genişlənəcək, yeni sahələri də əhatə edəcək və gələcəkdə Çinlə Azərbaycan mediası arasında iş birliyi üçün geniş imkanlar yaradacaq. Həmçinin bu əməkdaşlığın ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha da dərinləşməsinə fayda verəcəyinə inanırıq”.

Azvision.az


Teqlər: Xinhua   Çin  





Xəbər lenti