Navalnının həyat yoldaşı sərbəst buraxıldı - YENİLƏNİB

Navalnının həyat yoldaşı sərbəst buraxıldı -  YENİLƏNİB
  24 Yanvar 2021    Oxunub:2892
Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, Y.Navalnaya polis bölməsindən azadlığa buraxılıb.

Onun Puşkin meydanındakı aksiyada iştirak etdiyi üçün saxlanıldığı bildirilib.

***
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliyanı saxlayıb.

Azvision.az xəbər verir ki, bu barədə o, "İnstagram"da bildirib.

Y.Navalnı Moskvada həyat yoldaşına dəstək aksiyası zamanı tutulub.

O, foto paylaşaraq yazıb: “Keyfiyyətsiz olduğuna görə üzr istəyirəm. Polis avtomobilində çox pis işıq var”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Navalnı  





Xəbər lenti