Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş foto müsabiqə

Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş foto müsabiqə
  23 Yanvar 2021    Oxunub:1608
Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna və Azərbaycan: diplomatik münasibətləri 102 yaşında” adlı foto müsabiqə elan edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə diplomatik münasibətlər yaradıblar: "Sonradan ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il fevralın 6-da diplomatik münasibətlərimiz bərpa olundu”.

Müsabiqəyə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşayan Ukrayna vətəndaşları dəvət olunur. İştirakçılar fevral ayının 5-dək səfirliyin “Facebook” səhifəsinə abunə olub orada iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha dolğun əks etdirən foto, şəkilə dair qısa mətn və #UkraineAzerbaijan29 haştaqı yerləşdirməli, Ukraynanın Azərbaycandakı səfirliyi olduğunu qeyd etməlidir.

Müsabiqənin ən maraqlı fotoya, ən çox verilən like və repostların sayına görə iki qalibi müəyyənləşdiriləcək. Qaliblərə hədiyyə təqdim olunacaq.

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti