Parlamentin komitəsi onlayn iclas keçirəcək

Parlamentin komitəsi onlayn iclas keçirəcək
  23 Yanvar 2021    Oxunub:670
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.2020-ci il payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat

2.Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün yaz sessiyası dövrünə dair işlər planı haqqında

3.“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   MM   Onlayn   İclas  





Xəbər lenti