"Tokio-2020" Olimpiya Oyunları tamaşaçısız keçirilə bilər

 "Tokio-2020" Olimpiya Oyunları tamaşaçısız keçirilə bilər
  23 Yanvar 2021    Oxunub:1359
Tokio Olimpiya Oyunları tamaşaçı olmadan keçirilə bilər.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

O bildirib ki, iyul-avqust aylarında keçiriləcək Olimpiya Oyunları üçün müxtəlif ssenarilər hazırlanıb və bu istiqamətdə iş aparılır. Bu, immiqrasiya qaydaları, karantin tələbləri, olimpiya kəndindəki sosial məsafə qaydaları və tamaşaçı sayı məsələsinə aiddir.

T.Bax Tokio Olimpiya Oyunlarının açılış mərasiminə mane ola biləcək səbəblərin olmadığını qeyd edib.

"Buna görə "B planı "yoxdur və oyunları təhlükəsiz və uğurla keçirməyə tam hazırıq" - deyə BOK-un prezidenti vurğulayıb.

Qeyd edək ki, Yaponiya sakinləri arasında keçirilən sorğuda Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə qarşı olduqlarını bildiriblər. Onların 80 faizi oyunların ləğv edilməsini və ya başqa tarixə keçirilməsini qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tokio   Olimpiyaoyunları  





Xəbər lenti