Ötən ilin birinci yarısında 79 uşaq məhkum edilib
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, həmin uşaqlardan 13 nəfəri 14-15 yaşda 66 nəfəri isə 16-17 yaşdadır.
Uşaqlardan 16 nəfəri şagird və tələbə, 42 nəfəri işləməyən və oxumayan, 21 nəfəri işləyənlərdir.
Məhkum olunan 14-17 yaşda uşaqlardan 10 nəfəri bir qrup şəxs tərəfindən, 17 nəfəri böyüklərin iştirakı ilə, 52 nəfəri digər vasitələrlə cinayət törədib.
Ötən ilin 6 ayında birinci instansiya məhkəmələrində 19 uşaq müəyyən müddətə azadlıqdan məhrum edilib. Bunlardan 9 nəfəri 5 ilə qədər, 10 nəfəri 5 ildən 10 ilə qədər həbs cəzası alıb.
İctimai işlərlə cəzalandırılanlar 1 nəfər, cərimə tətbiq edilənlər 5 nəfər, şərti məhkum olunanlar 23 nəfər, azadlığın məhdudlaşdırılması ilə cəzalandırılanlar isə 31 nəfərdir.
Aytən Zəhra
Azvision.az