Ötən ilin 6 ayında 50 nəfər xarici vətəndaş məhkum olunub

 Ötən ilin 6 ayında 50 nəfər xarici vətəndaş məhkum olunub
  23 Yanvar 2021    Oxunub:1141
2020-ci ilin birinci yarısında məhkum olunan 4114 nəfərdən 4064 nəfəri Azərbaycan vətəndaşı, 50 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, məhkum olunan şəxslərdən 128 nəfəri fəhlələr, 11 nəfəri qulluqçular, 14 nəfəri kənd təsərrüfatı işçiləri, 230 nəfəri hərbi qulluqçular, 27 nəfəri şagird və tələblər, 1958 nəfəri əmək qabiliyyətli olub işləməyən və oxumayanlar, 1746 nəfəri digər məşğuliyyət növü ilə məşğul olanlardır.

Bu dövrdə məhkum olunmuş şəxslərdən 289 nəfəri ali təhsilli, 3099 nəfəri tam orta və orta ixtisas təhsillidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Statistika  





Xəbər lenti